Rusiyada azərbaycanlının evinə basqın edib 5 milyonunu apardılar

23:32 - 3 Noyabr 2019 - HADİSƏ

Noyabrın 1-də Moskvanın Yuxarı sahələr küçəsində bir neçə şəxs azərbaycanlının evinə hücum edərək onu travmatik silahla yaralayıb. "Qafqazinfo" "Moskva" agentliyinə istinadən xəbər verir ki, soyğunçular 1975-ci il təvəllüdlü kişini yaraladıqdan sonra onun içərisində 5 milyon rubl olan çantasını götürərək qaçıblar. "Audi A6" avtomobili ilə hadisə yerindən uzaqlaşan 4 cinayətkardan biri tutulub. Ona qarşı Rusiya Cinayət Məcəlləsinin 162-ci maddəsinin 6-cı bəndinin 4-cü hissəsinə əsasən quldurluq faktlı üzrə cinayət işi açılıb.

Xəbər xətti