Goranboyda yolu keçmək istəyən piyadanı maşın vurub

22:32 - 3 Noyabr 2019 - HADİSƏ

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Piyadanın kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır./Apa

Xəbər xətti