Xəsarət alan var
Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb. Oxu.Az-ın verdiyi məlumata görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. Qəzaya səbəb “Nissan Sedan” markalı maşınla motosikletin toqquşması olub.
Nəticədə 1978-ci il təvəllüdlü Afdandil Teymurov ağır xəsarət alıb. Yaralı Goraboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun bədəninin əksər hissəsində qırıqların olduğu müəyyən edilib.
Fakla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.