Sumqayıtdakı qəzada ölənlərin kimliyi bəlli oldu

17:05 - 3 Noyabr 2019 - HADİSƏ

Bu gün Sumqayıtda “Mitsubishi” və “Ravon” markalı minik avtomobillərinin toqquşması nəticəsində həyatını itirənlərin şəxsiyyəti məlum olub. 

APA-nın məlumatına görə, qəza nəticəsində 1997-ci il təvəllüdlü Babazadə Elşən Seymur oğlu və 1959-cu il təvəllüdlü Həsənov Nazim İsgəndər oğlu ölüb. 

Qeyd edək ki, bu gün  “Stansiya Sumqayıt” ərazisində baş verən qəzada 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb. 

Xəbər xətti