Baş nazirin olduğu təyyarədə yanğın baş verib

14:42 - 3 Noyabr 2019 - HADİSƏ

Yaponiya baş naziri Sindzo Abenin olduğu təyyarədə yanğın baş verib. Ucnoqta.az xəbər verir ki, insident baş nazirin Tailanda uçuşu zamanı qeydə alınıb. Bu barədə “Kiodo” agentliyi məlumat yayıb.

Məlumata görə, yanğın təyyarənin quyruq hissəsində yerləşdirilmiş yemək sobasından alovlanıb və tez bir vaxtda söndürülüb.

Agentliyin bildirdiyinə görə, indi keyfiyyətli hökumət təyyarəsi kimi, bu ilin aprel ayında “Boeing-747” ilə əvəzlənən “Boeing-777-300ER”dən istifadə edilir.

 

Namiq Musayev

Xəbər xətti