Quba yolundakı qəzada ölənlərin sonuncusu da bəlli oldu, yaralılardan biri Bakıya gətirildi

11:36 - 3 Noyabr 2019 - HADİSƏ

Bakı-Quba yolundakı qəzada ölənlərin sonuncusunun da adı dəqiqləşib, yaralılardan isə birinin vəziyyəti ağırlaşıb.  

Qəzada dünyasını dəyişən qadınlardan sonuncusu Xaçmaz şəhər sakini, 35 yaşlı Günay Vəliyevadır. 
Müxtəlif xəsarətlərlə Siyəzən regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən yaralılardan Mehriban Vəliyevanın nəvəsi Sevgi Vəliyevanın vəziyyəti isə ağırlaşıb.
O, Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

Qeyd edək ki, noyabrın 1-də Bakı-Quba magistralında “Mercedes” markalı minik avtomobili ilə “Lada” markalı nəqliyyat vasitəsi toqquşub.   
Qəza zamanı 5 nəfər ölüb./oxu.az

Xəbər xətti