Qobustanda ağır qəza olub- 2 ölü, 5 yaralı var -Foto (YENİLƏNİB)

10:11 - 3 Noyabr 2019 - HADİSƏ

Qobustan rayonunda baş verən ağır qəzada ölənlərin və yaralıların kimliyi bəlli olub.

Bunlar Balakən rayon sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Uleyman qızı, 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Çaban qızı, 1963-cü il təvəllüdlü Əsdiyev Hacıyev Şəhmir oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğludur.

Avtomobilin sürücüsü Balakən rayon sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişini 1968-ci il təvəllüdlü Papahov Şahmar oğlu isə hadisə yerində dünyasını dəyişiblər. Faktla bağlı araşdırma aparılır. /report


***

Fövqəladə Hallar Nazirliyi Qobustanda baş verən qəza ilə bağlı rəsmi məlumat yayıb.

 FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

09:36
Qobustanda ağır yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə Qobustan-Bakı yolunda qeydə alınıb. Qəza zamanı 2 nəfər ölüb, daha 5 nəfər ağır xəsarət alıb. Ölənlərin sayının artacağı istisna olunmur. Fakt araşdırılır.


Xəbər xətti