Bakıda arpa satan şəxs İran vətəndaşına qarşı dələduzluq etdi

19:04 - 31 Oktyabr 2019 - HADİSƏ

Bakıda İran vətəndaşına qarşı dələduzluq edilib.

Hadisə paytaxtın Xətai rayonunda baş verib.

Nərimanov rayonu, Ə.Əliyev küçəsi ev 26, mənzil 185-də yaşayan, İran vətəndaşı Heidari Muhammad Reza Alı oğlu polisə müraciət edərək bildirib ki, ötən il dekabrın 15-də paytaxtın Xətai rayonu, M.Hadi küçəsi 1 saylı ünvanın qarşısında tanışı Elgün adlı şəxsə arpa almaq məqsədilə 58 min 600 dollar verib.

Amma həmin şəxs ona qarşı dələduzluq edib.
Faktla bağlı araşdırma aparılır./trend

 

Xəbər xətti