İtkin düşmüş gənc qadın tapılıb

09:58 - 28 Oktyabr 2019 - HADİSƏ

Bakıda itkin düşmüş 26 yaşlı qadın tapılıb.

Hadisə oktyabrın 25-də Binəqədi rayonu, S.Məmmədov küçəsində baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü X.Mirzəyeva yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Onun yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində X.Mirzəyeva tapılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./report

 

Xəbər xətti