Bakıda ağır qəza - 2 nəfər xəstəxanalıq oldu

09:39 - 28 Oktyabr 2019 - HADİSƏ

Ötən gecə Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Nəsimi rayonu, Rəşid Behbudov küçəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 1992-ci il təvəllüdlü Əlizadə Zaur Əkbər oğlu kəllə-beyin travması və 1949-cu il təvəvllüdlü Vladimer Georgiyeviçə isə sağ dirsəyin qırılması diaqnozu qoyulub./trend

Xəbər xətti