Qubada 14 yaşlı qız dəm qazından zəhərlənib

23:39 - 27 Oktyabr 2019 - HADİSƏ

Qubada dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

Hadisə rayonun İqrıq kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Dilarə Manafova dəm qazından zəhərlənmə diaqnozu ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin tibbi yardımdan sonra o, ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir./Apa

Xəbər xətti