Cəlilabadda yük və minik avtomobilləri toqquşub, xəsarət alan var

21:46 - 27 Oktyabr 2019 - HADİSƏ

Cəlilabad rayonunda iki avtomobil toqquşub.

Hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb. Belə ki, "KaMAZ" markalı yük avtomobili ilə minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini, 1968-ci il təvəllüdlü Bağırov Aslan Təzəxan oğlu xəsarət alıb. Yaralı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti