Gəncədə yaşayış binasında PARTLAYIŞ - FOTO

11:46 - 26 Oktyabr 2019 - HADİSƏ

Gəncədə yaşayış binasında partlayış olub.

Hadisə şəhərin İsaq Cəfərov küçəsindəki beşmərtəbəli yaşayış binasının Ziyafət Babayevaya məxsus birinci mərtəbədəki evdə baş verib. Yanğınla nəticələnən partlayış nəticəsində ümumi sahəsi 25 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 16 m² sahədə yanıb. Partlayış dalğasının təsirindən otağın qapı və pəncərə çərçivələri yerindən çıxıb.

Yanğın zamanı 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. /qafqazinfo


Xəbər xətti