Bakıda avtomobildən pul və brilyant oğurlanıb

11:11 - 26 Oktyabr 2019 - HADİSƏ

Bakıda avtomobildən xeyli miqdarda pul və brilyant daş-qaşlar oğurlanıb.

Hadisə oktyabrın 24-də paytaxtın Xətai rayonu, A.İsmayılov küçəsində baş verib. Belə ki, Ağcabədi rayon sakini, 1974-cü il təvəllüdlü İ.Rəhimova məxsus “İnfiniti” markalı avtomobildən şüşəni sındırmaqla 1500 manat, 3000 avro və brilyant daş-qaşlar oğurlanıb.

Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və xuliqanlıq maddələri ilə məhkum edilmiş 1991-ci il təvəllüdlü R.Şahbazov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti