Bakıda 14 yaşlı oğlan uşaq evindəki sığınacaqdan qaçdı

09:57 - 26 Oktyabr 2019 - HADİSƏ

Bakıda uşaq yerləşdirildiyi sığınacaqdan qaçıb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

"Şəfqət Nuru" Kimsəsizlərə Yardım Xeyriyyə İctimai Birliyinin Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyindəki filialı olan "Nur" Uşaq Evindəki sığınacaqda saxlanılan 14 yaşlı Vlasov Fərid Ruslan oğlu oktyabrın 24-ü saat 13 radələrində sığınacaqdan qaçıb.
Faktla bağlı araşdırmalara başlanılıb./trend

Xəbər xətti