Bakıda 29 yaşlı gənc avtomobili ilə birlikdə itkin düşdü

09:47 - 26 Oktyabr 2019 - HADİSƏ

Bakıda daha bir nəfər avtomobili ilə birlikdə itkin düşüb.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Sabunçu rayonu, şəhər şossesi, döngə 5-də yaşayan, 1990-cı il təvəllüdlü Abbasov Rövşən Ramazan oğlu oktyabrın 17-də idarə etdiyi "KİA" markalı 85 DN 564 dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalara başlanıb./trend

Xəbər xətti