Qobustanda yol qəzasında ölən və yaralananların adları məlum olub- FOTO

10:51 - 26 Oktyabr 2019 - HADİSƏ

Qobustan rayonunda baş verən ağır yol qəzasında ölənlərin və xəsarət alanların kimliyi məlum olub.

Hadisə nəticəsində Ağsu rayon sakini, 1966-ci il təvəllüdlü Rüstəmov Əhmədağa Əhmədalı oğlu və 1994-cü il təvəllüdlü Rufullayev Samir Cəfərxan oğlu dünyasını dəyişib.

Qəza zamanı Ağsu rayon sakinləri - 1961-ci il təvəllüdlü Şıxəliyeva Fəridə Balda qızı,1964-cü il təvəllüdlü Rüstəmova Gülzar Balda qızı və Sumqayıt şəhər sakini, 1992-ci il təvəllüdlü Verdiyev Seyidağa Elçin oğlu isə xəsarət alıblar. 
Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara tibbi yardım göstərilib.

 

Faktla bağlı araşdırma aparılır./report

***09:11

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, avtoqəza Qobustan rayonu ərazisində qeydə alınıb. Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişib, daha 3 nəfər isə xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.


Xəbər xətti