Salyanda 8 yaşlı qızı maşın vurub

22:57 - 25 Oktyabr 2019 - HADİSƏ

Salyanda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün axşam saatlarında şəhərin X.R. Ulutürk prospektində qeydə alınıb. Belə ki, Salyan şəhər sakini, 2011-ci il təvəllüdlü Qədirova Xədicə Məhəbbət qızı yolu keçmək istərkən “BMW” markalı avtomobil onu vurub.

Azyaşlı qız Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti