Bakıda 31 yaşlı kişi bıçaqlanıb

22:37 - 24 Oktyabr 2019 - HADİSƏ

Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Favorit” marketin yaxınlığında mübahisə zəmnində 1988-ci il təvəllüdlü Səfərov Elgün Rafiq oğlu bıçaqlanıb.
Qarın nahiyəsindən 3 bıçaq yarası alan E.Səfərov xəstəxanaya yerləşdirilib. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır./oxu.az

Xəbər xətti