Xızıda avtomobil piyadanı vurub öldürdü

20:59 - 24 Oktyabr 2019 - HADİSƏ

Xızı rayonunun Sitalçay kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 23-də saat 22 radələrində Xızı rayonunun Sitalçay kəndi ərazisində Quba rayon sakini Şöhrət Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./trend

 

Xəbər xətti