“Tofaş” “Opel”lə toqquşdu: bir nəfər öldü

20:01 - 17 Oktyabr 2019 - HADİSƏ

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə H.Ələsgərov küçəsi ilə C.Məmmədquluzadə küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Nurlan Bağırovun idarə etdiyi “Tofaş Şahin” markal maşın işıqforun qırmızı işığında yolu keçib, qarşıdan gələn 1996-cı il təvəllüdlü Rəşad Şərifovun idarə etdiyi “Opel Astra” markalı maşınla toqquşub.
Nəticədə, “Tofaş Şahin”də olan sərnişin hadisə yerində ölüb.

Fakt araşdırılır./oxu.az

Xəbər xətti