Zəvvarlar ağır yol qəzasına düşdülər: 36 nəfər dünyasını dəyişdi - VİDEO

14:58 - 17 Oktyabr 2019 - HADİSƏ

Səudiyyə Ərəbistanında zəvvarların olduğu avtobusun qəzaya uğraması nəticəsində 36 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Ucnoqta.az xəbər verir ki, insident ötən gün axşam saatlarında  Mədinənin əl-Akhal yaşayış məntəqəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Ərəbistan və Asiya vətəndaşlarının olduğu avtobus buldozerlə toqquşub. Qəzanın şiddətində avtobusda yanğın baş verib.

Bildirilir ki, avtobusda 39 nəfər olub. Yaralılar Əl-Hamnada yerləşən xəstəxanalara yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara aparılır.

 

Namiq Musayev

 

Xəbər xətti