Bakıda DƏHŞƏT - 9 yaşlı uşaq küçədə transformatora girib yandı

10:50 - 11 Oktyabr 2019 - HADİSƏ

Bakıda azyaşlı küçədə elektrik transformatorunda yanıq xəsarətləri alıb.

Hadisə paytaxtın Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib.
2010-cu il təvəllüdlü Əliyeva Zəhra Bayram qızı açıq qapıdan məntəqənin içərisinə daxil olaraq gərginliyə toxunub.

Hadisə nəticəsində Z.Əliyevanın sol yuxarı ətrafı, sol ayağının baş barmağı, sağ baldırı yanıb. Yaralı 3-cü və 4-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır./trend

Xəbər xətti