Göygöldə fərdi ev yanıb, azyaşlılar xilas edilib

09:03 - 4 Oktyabr 2019 - HADİSƏ

Göygöl rayon Bəhrambəy kəndində yanğın baş verib.

Kənddə 5 otaqlı ev yanıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və Göygöl rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Evin söndürülməsi üçün Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən də kömək məqsədi ilə yanğınsöndürən maşın göndərilib. Yanğın söndürülüb və hadisə zamanı evdə olan iki azyaşlı xilas edilib.
Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti