Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alan var

22:56 - 3 Oktyabr 2019 - HADİSƏ

Ağcabədidə yol qəzası baş verib.

Hadisə rayonun ərazisində qeydə alınıb.
Qəza zamanı 1987-ci il təvəllüdlü Cəfərov Ramin Allahverdi oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona çənə sümüyünün sınığı diaqnozu qoyulub və Reanimasiya şöbəsinə yerləşdirilib./report

 

Xəbər xətti