Hacıqabulda avtobus piyadanı vurub öldürdü

20:14 - 3 Oktyabr 2019 - HADİSƏ

Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 2-də saat 21 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Sumqayıt şəhər sakini Abdulla Fətullayev idarə etdiyi “DAF” markalı avtobusla yolu keçən 35-40 yaşlı kişini vurmuş və piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./trend

 

Xəbər xətti