DİN Bərdədəki yol qəzası ilə bağlı məlumat yayıb

15:58 - 3 Oktyabr 2019 - HADİSƏ

Daxili İşlər Nazirliyi (DİN) Bərdə rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 3-ü saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Sərnişinlərdən Emin Məmmədov və Elgün Kərimov orada ölüb.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./report

 

Xəbər xətti