Bərdədə su kanalından kişi meyiti tapıldı

11:50 - 3 Oktyabr 2019 - HADİSƏ

Bərdə rayonunda Qarabağ su kanalından kişi meyiti tapılıb. Oxu.Az xəbər verir ki, hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində baş verib.  Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları cəlb edilib.  Meyitin Tərtər rayonu Çaylı qəsəbəsində müvəqqəti məskunlaşan 1967-ci il təvəllüdlü Rizvan Nəriman oğlu Mirzəliyevə məxsus olduğu müəyyənləşdirilib. Meyit sudan çıxarılaraq ekspertizayaya göndərilib.  Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti