Bakıda məhbus ona baş çəkməyə gələn arvadını döyüb

10:36 - 3 Oktyabr 2019 - HADİSƏ

Bakıda məhbus ona baş çəkməyə gələn arvadına ağır xəsarət yetirib. “Report”un xəbərinə görə, hadisə Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Burada cəza çəkən 38 yaşlı Ramin Bayramov onunla görüşə gələn həyat yoldaşı 33 yaşlı Elmira Bayramovanı döyüb və kəsici alətlə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti