Bakıda kafenin damından meyit tapıldı

10:22 - 28 Sentyabr 2019 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda kafenin damından 1 nəfərin meyitinin götürülməsi üçün müraciət daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1933-cü il təvəllüdlü Dubovik Eduard Adamoviçin meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti