Qoz yığmaq istəyərkən canından oldu

10:53 - 26 Sentyabr 2019 - HADİSƏ

Şamaxıda kişi qoz ağacından yıxılaraq ölüb.

Hadisə şəhərin Kiçik Xınıslı yaşayış massivində qeydə alınıb.
Rayon sakini, 1969-cu il təvəllüdlü Baloğlanov Elsevər Qafur oğlu qoz yığmaq üçün ağca çıxıb.
O, ehtiyatsızlıqdan ağacdan yıxılaraq ağır xəsarət alıb. Yaxınlarının köməyilə xəstəxanaya aparılan yaralı yolda ölüb.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti