Bakıda məktəbli qız itkin düşüb

11:32 - 25 Sentyabr 2019 - HADİSƏ

Bakıda məktəbli itkin düşüb.

Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. 7-ci mikrorayon sakini Suraya Məmmədova polisə ərizə ilə müraciət edərək 15 yaşlı qızının Z.B (ad şərtidir) sentyabrın 21-də məktəbə getmək adı ilə evdən çıxdığını və bir daha geri qayıtmadığını bildirib.

Daxil olan məlumat əsasında araşdırmalara başlanıb./Apa

Xəbər xətti