Abşeronda seksual manyak tutulub

12:10 - 24 Sentyabr 2019 - HADİSƏ

Abşeron rayonunda 5 yaşlı qıza qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Masazır qəsəbəsində yaşayan L.M polisə müraciət edərək qonşusu, 18 yaşlı E.Əliyevin onun 5 yaşlı qızı M-ə qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin 150-ci maddəsi ilə cinayət işi başlanılıb.

Azyaşlıya qarşı seksual hərəkətlər etməkdə şübhəli bilinən E.Əliyev tutulub, istintaq davam etdirilir./qafqazinfo

Xəbər xətti