Kürdəmirdə azyaşlı ölümü qeydə alınıb

21:56 - 23 Sentyabr 2019 - HADİSƏ

Kürdəmirdə uşaq ölümü qeydə alınıb.

Hadisə saat 20:30 radələrində rayonun 69-cu məhəllə adlanan ərazisində baş verib. Belə ki, 1 yaşlı Zeynalova Dərya Nizami qızı evdə olarkən ürəktutması baş verib. Valideynləri azyaşlını Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırsalar da, onun həyatını xilas etmək olmayıb.

Fakt araşdırılır.
/Report

Xəbər xətti