Bakıda ər hamilə arvadını döyüb xəstəxanalıq etdi

14:43 - 23 Sentyabr 2019 - HADİSƏ

Paytaxtda daha bir kişi ailə münaqişəsi zəminində hamilə arvadını döyüb.

Hadisə Nərimanov rayonu, akademik H.Əliyev küçəsində qeydə alınıb. 1991-ci il təvəllüdlü Qurban Qurbanov ailə münaqişəsi zəminində hamilə həyat yoldaşı, 1994-cü il təvəllüdlü Nərmin Xanməmmədovaya ağır xəsarət yetirib.

Qadın aldığı xəsarətlərlə təcili xəstəxanaya yerləşdirilib.
Faktla bağlı arşdırma aparılır./oxu.az

Xəbər xətti