İmişlidə avtomobil kanala aşdı, 5 nəfər öldü

08:27 - 9 Sentyabr 2019 - HADİSƏ

İmişlidə gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə rayonun Əliqulular kənd ərazisində baş verib. İlkin məlumata görə, minik avtomobili idarəetməni itirərək kanala aşıb. Qəza nəticəsində 5 nəfərin öldüyü bildirilir.

Bunlar İmişli şəhərinin sakinləri,1969-cu il təvəllüdlü Məmmədov Etibar Əliağa oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Mərziyə Əmiraslan qızı, 1991-ci iltəvəllüdlü Məmmədov Elnur Etibar oğlu, 1984-cü il təvəllüdlü Kərimova Afət Hüseyn qızı və əslən İmişlidən olub Bakıda yaşayan 1963-cü il təvəllüdlü Şamxalov İlqar Əliağa oğludur.

Faktla bağlı araşdırma davam etdirilir./oxu.az

Xəbər xətti