Bakıda keçmiş məhkum dostunu bıçaqladı

09:07 - 6 Sentyabr 2019 - HADİSƏ

Səbail rayonunda bıçaqlanma hadisəsi baş verib.

A.Məmmədov küçəsi ev 23 ünvanında keçmiş məhkum 1983-cü il təvəllüdlü Şahnəzər Məmmədov dostu, 1984-cü il təvəllüdlü Anar Qasımovun yaşadığı evə gedib. Onlar arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Ş.Məmmədov A.Qasımovun boynuna bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

Səbail Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Ş.Məmmədovu saxlayıb.
Hadisənin təfərrüatları araşdırılır./oxu.az

Xəbər xətti