Corat sakinini Sumqayıtda avtomobil vurub öldürdü

16:13 - 5 Sentyabr 2019 - HADİSƏ

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, sentyabrın 4-də saat 21 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində şəhər sakini A.Rəhimov idarə etdiyi “QAZ-2410” markalı avtomobillə yolu keçən Corat qəsəbə sakini Əziz Cahangirovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır./trend

 

Xəbər xətti