Dəhşətli qətl: 14 yaşlı yeniyetmə 5 nəfəri öldürdü

16:19 - 3 Sentyabr 2019 - HADİSƏ

ABŞ-ın Alabama ştatında 14 yaşlı yeniyetmə öz ailə üzvlərindən 5 nəfəri öldürdüyünü etiraf edib. Ucnoqta.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Laymstoun dairəsinin şerifi “Twitter” hesabından yaydığı məlumatda deyilir.

Hüquq-mühafizə orqanının məlumatına görə, insident Elkmont şəhərində baş verib.

Atışma nəticəsində 3 nəfər hadisə yerində keçinib, daha 2 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bundan sonra polis onların da öldüyü barədə bildirmişdi. 

Hazırda yeniyetmə qətldə istifadə etdiyi 9 millimetrlik tapançanı hansı əraziyə atdığını və o yeri tapmaq üçün istintaq aparan müstəntiqlərlə əməkdaşlıq edir.

 

Namiq Musayev

Xəbər xətti