Salyanda 80 yaşlı kişinin zibillikdən tapdığı əşya əlində partladı

11:14 - 1 Sentyabr 2019 - HADİSƏ

Salyanda 80 yaşlı kişi tapdığı əşyanın əlində partlaması nəticəsində ciddi xəsarət alıb.

Şəhərin Qulu Əsgərov küçəsində yaşayan, 1939-cu il təvəllüdlü Abasov Aləddin Qasım oğlu sol əlinin ciddi xəsarət alması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq o, əməliyyata götürülüb.

İlkin məlumata görə, Aləddin Abasov zibillikdən tapdığı əşyanı qurdalayarkən əlində partlayıb.
Faktla bağlı araşdırma aparılır./oxu.az

Xəbər xətti