Ağstafada yol qəzası baş verib, xəsarət alanlar var

10:44 - 31 Avqust 2019 - HADİSƏ

Ağstafa rayonunda yol qəzası baş verib. 

Hadisə Qırlı kənd yolunda qeydə alınıb. Qəza nəticəsində Zaqalata rayon sakini, 1968-ci il təvəllüdlü Vəliyev Füzuli İbadulla oğlu, Gürcüstan vətəndaşı, 1989-cu il təvəllüdlü Gülməmmədov Zakir Rafel oğlu və Binəqədi rayon sakini, 1983-cü il təvəllüdlü Babayev Sabuhi Məzahir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi və orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti