Gəncədə piyadanı avtomobil vurub

10:32 - 31 Avqust 2019 - HADİSƏ

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Şah İsmayıl Xətai prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, Şəmkir rayon sakini Malik Mikayılov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən Ramin Abdullayevi vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti