Sumqayıtda sürücü ilə kobud davranan yol polisi işdən azad olunub

11:26 - 30 Avqust 2019 - HADİSƏ

Sosial şəbəkələrdə yol polisi əməkdaşının sürücü ilə kobud davranmasını əks etdirən görüntülər yayımlanıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis polkovniki İlham Babayev Trend-ə bildirib ki, yol verdiyi qəbahətlərə görə Sumqayıt Şəhər Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədov daxili işlər orqanlarında xidmətdən xaric olunub.

 

Xəbər xətti