Xaçmazda meşə zolağında yanğın olub

09:08 - 30 Avqust 2019 - HADİSƏ

Xaçmaz rayonunun Xudat şəhəri yaxınlığında biçilmiş taxıl sahəsi və meşə zolağında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası vasitə ilə söndürülüb.

FHN-dən verilən məlumata görə, yanğın nəticəsində 50 hektar sahədə biçilmiş taxıl sahəsi, meşə zolağında iki hektar sahədə kol-kos və ağaclar yanıb.
Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.

Xəbər xətti