68 yaşlı kişi Nabranda boğulub öldü

18:07 - 27 Avqust 2019 - HADİSƏ

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran kəndində dənizdə, məntəqə ərazisində 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfəri xilas edib və 1951-ci il təvəllüdlü Quliyev Səfər Qulu oğlunun meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər./qafqazinfo

Xəbər xətti