Xətaidə ofisdən 1700 manat oğurlayan keçmiş məhkum saxlanılıb

11:13 - 27 Avqust 2019 - HADİSƏ

Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə avqustun 25-də Sarayevo küçəsindəki ofislərin birindən içərisində 1700 manat pul və sənəd olan pulqabının oğurlanması barədə müraciət daxil olub.

DİN Mətbuat Xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar həyata keçirilmişdir. Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş M.Əhmədov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Xəbər xətti