Bu gün gecə saatlarında Xaçmaz rayonunun Nabran kəndində avtomobil qəzası zamanı Seyidli və Xuray kəndlərini qidalandıran tənzimləyici şkaf zədələnib.
Bu barədə Ucnoqta.az-a "Azəriqaz" İstehsalat Birliyi Mətbuat xidmətindən məlumat verilib.
Qəza nəticəsində hər iki kəndin 180 abonenti qazsız qalıb. Qəzanı törədən avtomobil isə daha sonra başqa kəndin ərazisində tapılıb. Hazırda ərazidə qaz təchizatının bərpası işlər görülür.