Qubada itkin düşən kişinin meyiti tapıldı

09:41 - 26 Avqust 2019 - HADİSƏ

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonu, Tüləkəran kəndi yaxınlığında, dağlıq ərazidə 1 nəfərin itkin düşməsi barədə məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Nazirliyin Şimal Regional Mərkəzinin xilasediciləri 1960-cı il təvəllüdlü  Nəsirov Sahib Nəsrəddin oğlunun meyitini taparaq aidiyyəti üzrə təhvil veriblər.​

Xəbər xətti