Şamaxıda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Şamaxı-Yevlax yolunda, Mirikənd kəndi yaxınlığında qeydə alınıb. Qaravəlli kənd sakini, 2006-cı il təvəllüdlü Rahib Rahim oğlu İsmayılov taksidən düşüb yolu keçərkən onu avtomobil vurub.
O, dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən xəstənin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır./oxu.az