Aeroport yolunda -"Sabunçu" keçidinin yanında baş verən avtomobil qəzası nəticəsində ana və körpə qızı yaralanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı qadın alın nahiyəsinin kəsilmiş yarası, 6 aylıq qızı isə qapalı kəllə-beyin travması və təpə sümüyünün zədələnməsi xəsarətləri alıblar.
Onlar hadisə şahidlərinin köməyi ilə Elmi Tədqiqat Pedriatriya İnstitutuna gətiriliblər. Yaralılar daha sonra Kliniki Tibbi Mərkəzə aparılıblar. Hazırda onların müalicələri davam edir.